Haland Premyer Liqanın 12 komandasından çox vurub

18.10.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının 8-ci turunda “Everton”a 2:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin hücumçusu Erlinq Halandın bu oyundakı qolları onun Premyer Liqadakı qol sayını 11-ə çatdırıb.

İdman.Biz bildirir ki, norveçli forvard Premyer Liqanın 12 komandasından daha çox fərqlənib.

Haland “Vulverhempton” (5), “Vest Hem” (6), “Nottingem Forest” (5), “Bernli” (9), “Brentford” (9), “Lids Yunayted” (7), “Fulhem” (8), “Aston Villa” (6), “Nyukasl Yunayted” (7), “Mançester Yunayted” (9), “Everton” (9) və “Sanderlend”dən (9) daha çox qol vurub.

Norveçli həm də klubu və ölkəsi üçün ardıcıl 11 matçda fərqlənərək qol seriyasını uzadıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью