Haland üçün pusquda dayananlar

01.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveçli hücumçu Erlinq Haaland “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Touchline” portalı məlumat yayıb.

PSJ, “Arsenal”, “Real” və “Barselona” Haalandı transfer etmək istəyir. “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırılması gündəmdədir və klublar bu amildən yararlanmaq niyyətindədir.

Haaland hələlik qərarını verməyib.

Sentyabrın 29-da “Mançester Siti”nin maliyyə qaydalarını pozmasıyla bağlı 115 ittihamdan 114-ü təsdiqlənib. Klubun apelyasiya şikayəti vermək üçün sabahadək vaxtı var. Şikayət olmazsa və bütün ittihamlar doğrulanarsa, klub ağır cəzalarla üzləşəcək.

Haaland bu mövsüm Premyer Liqada 5 oyunda 5 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью