Haland zədələnib, stadionu qoltuqağacı ilə tərk edib

31.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Mançester Siti”nin və Norveç millisinin futbolçusu Erlinq Haland zədələnib.

İdman.biz xəbər verir ki, hücumçu Premyer Liqanın “Bornmut”la görüşündə xəsarət alıb.

O, görüşün 61-ci dəqiqəsində sol ayağından zədə aldığı üçün əvəzlənib. Halandın durumuna müayinələrdən sonra aydınlıq gələcək. Lakin forvard “Bornmut”un stadionunu qoltuqağacı ilə tərk edib.

Qeyd edək ki, Haland komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью