Halanddan yeni rekord

10.11.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti”nin futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, hücumçu buna 11-ci turda “Brayton”la oyunda fərqlənməklə nail olub.

23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb.

“Mançester Siti” səfərdə “Brayton”a uduzub – 1:2.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью