“Halef” davam edəcək?

21.07.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ötən mövsüm maraqla izlənən seriallardan olan “Halef: Köklerin Çağrısı” ikinci mövsümü ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialın çəkilişlərinə 15 avqustda Şanlıurfada başlanılması planlaşdırılır. 

Bildirilib ki, yeni mövsümün ilk bölümünün isə sentyabrın ortalarında yayımlanacağı gözlənilir.

Baş rolları İlhan Şen və Biran Damla Yılmazın canlandırdığı ekran işinin heyətinə, hekayədə dəyişiklik olmazsa, “Yıldırım”ın əmisi də daxil olmaqla üç yeni obrazın əlavə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, baş rol Aybüke Pusat ilk mövsümdən sonra serialdan ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью