Icma.az bildirir, Bakupost portalına istinadən.
Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb.
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində bildirib ki, sənətçi bu səbəbdən proqrama qatıla bilməyib.
Bakupost.az məsələ ilə bağlı Cavan Zeynallı ilə əlaqə saxlayaraq onun son durumunu öyrənib.
Sənətçi açıqlamasında bildirib ki, səhhəti hazırda yaxşıdır:
“Space kanalından məni çağırmışdılar. Səhər tezdən xeyli maşın gözlədim. Bu istilərdə hərəkət etmək çox çətindir, maşın tapılmır. Nəhayət, getdim, orada 3 saat mahnı oxudum, piano çaldım. Axşam saat 5-ə yaxın artıq çox yorulmuşdum. Bu vaxt “Xəzər”dən zəng etdilər ki, gəlim. Dedim ki, artıq çox yorulmuşam”.
Cavan Zeynallı bildirdi ki, hazırda ndivəziyyəyi yaxşıdır.