Halı qəfil pisləşən sürücü zəncirvari qəzaya səbəb oldu

08.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Naxçıvanda sürücünün qəfil halı pisləşməsi nəticəsində zəncirvari qəza baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb.

Sürücü, Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Namiq Qəzənfər oğlu Məmmədovun sükan arxasında halı pisləşib. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib. Qəza zamanı "Mercedes", "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью