Halil Atlı: “Daha çox mübarizə aparan tərəf qalib gəldi” | Icma.az
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasında əvvəlki turlardan təxirə salınmış oyun keçirilib.
İdman.Biz xəbər verir ki, “Gəncə” doğma meydançada “Neftçi”ni qəbul edib. Gərgin keçən oyun 85:84 hesabı ilə gəncəlilərin xeyrinə qurtarıb.
Oyunndan sonra “Gəncə”nin baş məşqçisi Halil Atlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb: “Təqvim bizim üçün sıx oldu.
“Neftçi” ilə oyunumuz təxirə salınan görüş idi. Qısa zaman ərzində iki matç keçirdik. Heyətimizdə zədəyə görə itki vardı.
Buna baxmayaraq komanda möhtəşəm reaksiya göstərdi. Uşaqlar əla mübarizə apardılar. Oyunla bağlı texniki danışılacaq bir şey yoxdur.
Məncə, meydanda daha çox mübarizə aparan tərəf qalib gəldi. İlk görüşdə xeyrimizə olan detalları genişləndirərək oynadıq və bunun sayəsində
Komandamı təbrik edirəm, azarkeşlərə dəstək üçün təşəkkürümü bildirirəm. Bizi tək qoymadılar. Onların dəstəyi bizim üçün çox önəmlidir.
Tam oxu
Xəbəri oxu