Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah” ilə ev oyunundan sonra “Gəncə”nin baş məşqçisi Halil Atlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən matç 101:77 hesabı ilə “Sabah”ın xeyrinə yekunlaşıb.
“Matçla bağlı uzun danışılacaq bir şey yoxdur. Oyundan bu qədər qopduğumuz bir görüşdə istədiklərimizi həyata keçirə bilməməyimiz çox normaldı. Barəsində danışdığımız şeylərdə sadə səhvlərimiz oldu. Oyunun içində yaxşı çıxış etdiyimiz epizodlar da var. Matçı xeyrimizə çevirmək imkanımız çox çətin idi.
Komanda olaraq müdafiədən oynayaraq qələbə qazanmağa çalışan kollektivik. Bu gün hücüm xəttində etdiyimiz xətalardan dolayı müdafiədə də səhvlər etdik. Oyundan qopmağımızda müdafiədəki əskiklərimiz və səhvlərimiz matçı bu nəticəyə gətirib çıxardı. İndi çox önəmli dövrə keçirik. Üst-üstə iki oyuna çıxacağıq. Biri evdə, digəri səfərdə olacaq. Bu oyunlardan qələbə ilə çıxmaq istəyirik”, - Atlı bildirib.