Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar.
Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub.
Qeyd edək ki, Halit və Məryəm daha əvvəl "Möhtəşəm yüz il" serialında birlikdə rol alıblar. Serialda Halit "Sultan Süleyman"ı, Məryəm isə "Hürrəm Sultan"ı canlandırıb.