Halk bombardir oldu

27.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Atletiko Mineyro” Braziliya çempionatında “Qremio”nu məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, komandanın heyətində birinci qolu Halk vurub. Bu, onun “Atletiko Mineyro”dakı 113-cü qolu olub.

38 yaşlı hücumçu bununla da XXI əsrdə klub tarixinin bombardiri olub. O, 112 qolla rekordçu olan Dieqo Tardellini geridə qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью