Halk ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi

01.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Halk" ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi

Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.

Prosport.az-ın xəbərinə görə, tanınmış cüdoçu sabah Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.

34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq.

Qeyd edək ki, Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.

O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью