futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliya A Seriyasında 20-ci turun növbəti oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, “Qremio” doğma meydanda “Fluminense” ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Qarşılaşmada hesabı 65-ci dəqiqədə qonaqlar açıb. “Fluminense”nin təcrübəli hücumçusu Halk 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Meydan sahibləri məğlubiyyətdən oyunun sonlarında qurtulub. 89-cu dəqiqədə fərqlənən müdafiəçi Dieqo Kayto komandasına 1 xal qazandırıb.