“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi

11.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi

İngiltərə çempionatının 6-cı turunda “Hall Siti” - “Everton”la üzləşib.

QOL.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmanın bütün qolları ikinci hissədə vurulub.

49-cu dəqiqədə Cozef Gelhardt hesabı açaraq ev sahiblərini önə keçirib. “Everton” 55-ci dəqiqədə Kirnan Dyusberi-Hollun qolu ilə tarazlığı bərpa edib.

Qonaqlar 68-ci dəqiqədə Tierno Barrinin qolu ilə hesabda önə keçsələr də, “Hall Siti” 74-cü dəqiqədə Məhəmməd Belluminin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Hall Siti" 9 xalla 9-cu, "Everton" isə 10 xalla 5-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью