Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, dördüncü turda “Çelsi” doğma meydanda “Hall Siti” ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri 7-ci dəqiqədə Morqan Rocersin qolu ilə hesabı açıblar. Məhəmməd Bellumi 28-ci və 34-cü dəqiqələrdə fərqlənərək “Hall Siti”ni önə keçirib. Joao Pedro 66-cı dəqiqədə hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Çelsi” 7 xalla turnir cədvəlinin dördüncü pilləsində, “Hall Siti” isə 8 xalla üçüncü sırada qərarlaşıb.
Paralel keçən oyunlarda “Bornmut” – “Brentford” 2:2, “Aston Villa” – “Nottingem Forest” 1:2, “Kristal Pelas” – “İpsviç” 2:3, “Liverpul” – “Fulhem” 0:0 hesabı nəticələr qeydə alınıb.