Hall Siti Konstantinos Tsolakisi transfer edib

05.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Hall Siti" klubu Yunanıstanın "Olimpiakos" komandasından qapıçı Konstantinos Tsolakisi transfer edib.

Bakıvaxtı.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb.

Yunanıstan millisinin formasını 9 matçda geyinmiş futbolçu üçün ödənilən məbləğ rəsmən açıqlanmasa da, bunun klub tarixi üçün rekord olduğu bildirilib.

Karyerasına "Platanias"da başlayan və 2020-ci ilin martında "Olimpiakos"un əsas heyətində debüt edən qapıçı meydana çıxdığı 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb. O, Pirey təmsilçisi ilə 4 dəfə Yunanıstan Superliqasının çempionu olub, ölkə kubokunu, Superkubokunu və 2023/2024 mövsümündə UEFA Konfrans Liqasını qazanıb.

Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına görə, keçidin dəyəri 23 milyon 300 min avro təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью