Hall Siti yunan qapıçını rekord məbləğə aldı RƏSMİ

05.08.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Yeni mövsümə İngiltərə Premyer Liqasında başlayacaq "Hall Siti" heyətinə yeni qapıçı qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "pələnglər"in rəsmi saytı yayıb.

"Olimpiakos"un qolkiperi Konstantinos Tsolakis heyətə qatılıb. 23 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Tsolakisin keçidinin rekord qiymətə başa gəldiyi açıqlansa da, Yunanıstan klubuna ödənilən məbləğ açıqlanmayıb.

"Olimpiakos"un əsas komandasında 2020-ci ildə debüt edən gənc qapıçı çıxdığı 131 matçın 64-də qol buraxmayıb. 

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью