“Hall Siti”nin vingeri “topçular”ın hədəfində

26.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İngiltərənin “Hall Siti” klubunun futbolçusu Məhəmməd Bellumi klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Arsenal” 22 yaşlı vingerin xidmətində maraqlıdır. “Topçular” qış transfer dönəmində Bellumi üçün danışıqlara başlayacaq.

Məhəmməd bu mövsüm 9 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla anlaşması 2029-cu ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью