Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İngiltərənin "Hall Siti" klubunun və Uels millisinin futbolçusu Sorba Tomas məşqə gedərkən qəzaya düşüb.
Moderator.az BBC-yə istinadən xəbər verir ki, hadisə İngiltərənin Kottingem şəhərində Millhaus Vuds Leyn küçəsində baş verib.
27 yaşlı futbolçunun idarə etdiyi boz rəngli "Land Rover Defender" avtomobili aşıb və ciddi zədələnib. Polis hadisə yerində təcili xidmətlərin işini davam etdirdiyini, qəzanın səbəblərinin araşdırıldığını bildirib.