Halloven şirniyyatlarından iynə və maqnit tapıldı

01.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada Halloven bayramı zamanı uşaqların topladığı şirniyyatların içərisində təhlükəli yad əşyalar – iynələr və maqnitlər aşkarlanıb.

Axar.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə “N-TV” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Türingiya və Reynland-Pfalts federal torpaqlarında uşaqların topladığı şirniyyatların içərisində təhlükəli əşyalar aşkar edilib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью