Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin müxtəlif ştatlarında "Halloween" bayramı ilə əlaqədar əyləncə məkanlarında baş verən silahlı hücumlar nəticəsində azı 6 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
“Cebheinfo.az” xəbər verir ki, Texas ştatının Dallas şəhərindəki “Deep Ellum” əyləncə bölgəsində baş verən üç ayrı silahlı insident nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisələrin səbəbinin hələlik məlum olmadığı, bir neçə nəfərin saxlanılaraq dindirildiyi qeyd edilib.
İllinoys ştatının Bluminqton şəhərində də İllinoys Uesleyan Universitetinin yaxınlığında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Rəsmilərin məlumatına görə, hadisə zamanı daha 6 nəfər həyati təhlükəsi olmayan xəsarətlər alıb. Lakin onların odlu silahla yaralanıb-yaralanmadığı hələlik dəqiqləşdirilməyib.
Bundan başqa, Delaver ştatının Nyuark şəhərində Delaver Universitetinin kampusu yaxınlığında baş verən silahlı hücum nəticəsində 6 nəfər yaralanıb.
Alabama ştatında isə futbol matçından sonra stadionun yaxınlığındakı küçədə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin