Hallüsinasiya gördü Sevgilisini girov götürdü

11.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Türkiyədə istirahət edən turist hallüsinasiyalar gördükdən sonra sevgilisini girov götürüb.

Teleqraf.com “Turkiye Today”a istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih səmtindəki restoranlardan birində baş verib.

Restoranın təhlükəsizlik kamerasının görüntülərində polisin əlində bıçaq olan şübhəlidən girovu azad etməsini tələb etdiyi görünür.

Sonda hüquq-mühafizə orqanlarının əməkdaşları 21 yaşlı İspaniyalı turisti saxlayıblar. Onun 31 yaşlı sevgilisi xəsarət almayıb, o, ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.

Saxlanılan şəxsin psixoloji pozğunluqdan əziyyət çəkdiyi və ona təyin olunan dərmanları qəbul etməyi dayandırdığı müəyyən olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью