Haluk Levent həbs olunacaq

12.07.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Müğənni və AHBAP Dərnəyinin rəhbəri Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb.

Axşam.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent barəsində saxlanılma qərarı verilib.  

Məlumata görə, araşdırma dərnəyin fəaliyyəti ilə bağlı davam edir. Rəsmi qurumlar hələlik istintaqın detalları barədə açıqlama verməyib.  

Qeyd edək ki, Haluk Levent bir neçə gün əvvəl səhhətində yaranan problemlər və son dövrlərdə yaşadığı prosesləri əsas gətirərək, illik audit başa çatdıqdan sonra AHBAP Dərnəyinin rəhbərliyindən ayrılacağını açıqlamışdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью