Haluk Levent işində daha 7 nəfər həbs edildi

31.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Türkiyədə müğənni Haluk Leventin qurucusu olduğu "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində keçirilən əməliyyatın dördüncü mərhələsində saxlanılan şəxslərlə bağlı qərar verilib.

Axşam.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində 27 iyulda keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.

Araşdırma zamanı dərnəyin 2023-cü ildə zəlzələdən zərərçəkənlər üçün yaşayış evləri və konteynerlərin alınması, şübhəli daşınmaz əmlak köçürmələri, maliyyə əməliyyatları və ticarət əlaqələri yoxlanılıb. İstintaq materiallarında bəzi şirkətlərə ianələr hesabına külli miqdarda vəsait köçürülsə də, öhdəlik götürülən yaşayış evlərinin tam tikilmədiyi bildirilib.

Bundan başqa, bəzi daşınmaz əmlakların şübhəli şəkildə başqa şəxslərin adına keçirilməsi və dərnək tərəfindən verilən çeklərlə bağlı maliyyə əməliyyatları da araşdırılıb.

Polisdə ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 13 şübhəlidən 7-si barəsində həbs qətimkan tədbiri seçilib. Digər 6 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

İstintaq çərçivəsində, həmçinin Haluk Leventlə maliyyə və ticari əlaqələrinin araşdırıldığı bildirilən bir nəfər barəsində də araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью