“Haluk Leventi tanıdığımdan “Ahbap”a ianə etməmişəm”

27.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyəli müğənni Seda Sayan “Ahbap” Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində həbs edilən Haluk Leventlə bağlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda alış-veriş mərkəzində jurnalistlərin suallarını cavablandıran sənətçi “Ahbap”a heç vaxt ianə etmədiyini bildirib.

“Mən “Ahbap”a ianə etməmişəm. Uzaqgörən bir qadınam. Haluk Leventi əvvəldən tanıdığım üçün ianələrimi hər zaman dövlətimin tövsiyə etdiyi ünvanlara etmişəm”, - Seda Sayan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью