Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.
Modern.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisindəki evlərin birində baş verib.
1991-ci il təvəllüdlü Sevinc Cəfərova hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəni partlayıb.
Nəticədə qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun bədəninin 70-80 faizinin yandığı məlum olub.
Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.