Hamamda yıxılmışdı, 10 gün sonra DÜNYASINI DƏYİŞDİ

13.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

10 gün əvvəl yıxılaraq kəllə-beyin travması alan şəxs xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhər sakini 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl evinin hamam otağında yıxılıb və kəllə-beyin travması alıb.
Həkimlərin səyinə baxmayaraq o, bugün  aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью