Hamarmeşə Bibiyani avtomobil yolu ilə bağlı Sərəncam

29.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью