HAMAS ABŞ a Qəzzada döyüşlərə davam etməyə hazır olduğunu bildirib

22.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

HAMAS ABŞ-a Qəzza zolağında atəşkəs müqaviləsinin müddətinin bitdiyini və döyüşçülərin hərbi əməliyyatlara hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, HAMAS ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə İsrailin Qəzzada atəşkəsi pozmağa davam etməsi səbəbilə müqavilənin müddətinin bitdiyini və hərəkatın döyüşə hazır olduğunu bildirib.

Hərəkat üzvləri Uitkoffa atəşkəsin qarşılıqlı olmalı olduğunu və Qəzzanın Livana çevrilməyəcəyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью