HAMAS İsrailin öhdəliklərini yerinə yetirməsi üçün Trampa çağırış edib

09.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

HAMAS qarant dövlətlərdən İsrailin Qəzza zolağında atəşkəs razılaşmasından irəli gələn öhdəliklərdən yayınmaması üçün ona nəzarət etməyə çağırıb.

APA xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın “Telegram” kanalında dərc olunub.

“Biz prezident Donald Trampdan, sazişin qarant dövlətlərindən, həmçinin ərəb və islam ölkələrindən xahiş edirik ki, İsrail tərəfini saziş üzrə bütün öhdəliklərinə əməl etməyə və bu məsələdə ləngimələrə yol verməməyə məcbur etsinlər”, - bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью