HAMAS lideri: Rəfah keçid məntəqəsi hər iki istiqamətdə yenidən açılacaq

09.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Misirlə Qəzza zolağının arasında yerləşən Rəfah keçid məntəqəsi hər iki istiqamətdə fəaliyyətini bərpa edəcək.

APA xəbər verir ki, bu barədə HAMAS-ın lideri və hərəkatın danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Xəlil əl-Həyyə məlumat verib.

"Əldə etdiyimiz razılaşma Qəzzada daimi atəşkəs, İsrail qoşunlarının çıxarılması və humanitar yardımın daxil olmasını ehtiva edir. Bununla əlaqədar həmçinin bildirmək istəyirəm ki, Rəfah keçid məntəqəsi də hər iki istiqamətdə yenidən açılacaq", - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью