HAMAS Qəzza planında silahsızlanma maddəsini tətbiq etməyə razılıq verib

28.07.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

HAMAS hərəkatı Sülh Şurası tərəfindən təqdim edilən Qəzza sülh planının əvvəllər müzakirə edilən iki bəndini tətbiq etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat verib.

Məlumatına görə, HAMAS-ın Qəzzadakı rəhbərliyi hərəkatın xarici rəhbərliyini Fələstin anklavında silahsızlanma və mülki işçilərlə bağlı sülh planının iki bəndi ilə razılaşması barədə məlumatlandırıb.

Bu bəndlərin sülh planının 5-ci və 8-ci bəndləri olduğu qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью