HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik

09.07.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fələstinli HAMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının məhz onların şərtləri əsasında əldə olunacağına əmindir.

APA xəbər verir ki, bu barədə HAMAS-ın rəsmi nümayəndəsi İzzət ər-Rişq "Telegram" kanalında məlumat yayıb.

"İsrailin Baş naziri Benyamin Netanyahunun "bütün girovların azad edilməsi və HAMAS-ın təslim olması" ilə bağlı açıqlamaları real vəziyyətlə heç bir əlaqəyə malik deyil. Qəzza təslim olmayacaq və şərtləri məhz HƏMAS müəyyən edəcək", – deyə ər-Rişq vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью