HAMAS Qəzza zolağında ölən 4 girovun cəsədini təhvil verib

20.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

HAMAS Qəzza zolağında ölən girovların cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, HAMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq öldürülən dörd girov – Şiri Bibas, Ariel Bibas, Kfir Bibas və Oded Lifşitsin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Proses Qəzza zolağının cənubunda Xan Yunisdə baş tutub.

HAMAS bildirib ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.

Qırmızı Xaç Komitəsinə daha sonra onları IDF-yə təhvil verəcək.

Fevralın 22-də son razılaşmalar çərçivəsində 6 sağ girovun azad edilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью