HAMAS tapdığı bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir

26.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

HAMAS hərəkatı Qəzza zolağında tapdığı bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq məlumat verib.

"[Atəşkəs] sazişinin bütün müddəaları aydınlaşdırılmalı və danışıqlar aparılmalı olan ümumi məsələlərə aiddir. Girov cəsədlərinə gəldikdə, biz sahib olduğumuz və tapdığımız bütün cəsədləri təhvil verməyə öhdəlik götürmüşük", - o deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью