HAMAS və İsrail girovları dəyişir

15.02.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Rusiya vətəndaşı da daxil olmaqla, HAMAS-ın əlində olan girovların təhvil verilməsi prosesi başlayıb.

Gununsesi.info yerli mediaya istinadən xəbər verir ki, proses televiziya kanalları vasitəsilə yayımlanır.

HAMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri – – Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Onlar İsrail Müdafiə Qüvvələrinə təhvil verildikdən sonra İsrailə aparılacaq.

Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı mərhələsidir. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

Qeyd edək ki, HAMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью