HAMAS yeni liderini seçəcək, Xəlil əl Hayya və Xalid Meşaal daha şanslıdır

13.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

APA xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters”ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters” Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью