Hamburq un direktoru millimizin üzvü barədə: Universal oyunçudur

26.01.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hamburq”un direktoru Saskia Broyer Azərbaycan millisi komandasının müdafiəçisi Nigar Mirzəliyevanın transferi ilə bağlı şərh verib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan klub rəsmisi millimizin üzvü barədə bunları deyib:

"Nigar meydanda istəkli və topsuz işində güzəştə getmədən çalışan çox iddialı oyunçudur. O, müdafiədə çox universaldır və Super Liqada qazandığı dəyərli yüksək səviyyəli oyun təcrübəsinə malikdir. Xüsusilə də onun fiziki hazırlığı və güclü mentaliteti bizi komandamızı əhəmiyyətli dərəcədə gücləndirə biləcəyinə inandırdı".

Qeyd edək ki, Mirzəliyev "Hamburq"la 2,5 illik müqavilə imzalayıb.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью