Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 26 mart, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində marşrut avtobusu qəzaya uğrayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, avtobus yol kənarında park edilmiş iki avtomobillə toqquşduqdan sonra ağaca çırpılıb.
Qəza nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəyə sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu bildirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin