Hamburqda avtobus ağaca çırpılıb, 17 sərnişin xəsarət alıb

27.03.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Hamburq şəhərində marşrut avtobusu qəzaya uğrayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, avtobus yol kənarında park edilmiş iki avtomobillə toqquşduqdan sonra ağaca çırpılıb.

Qəza nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəyə sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью