Hamburqda qatar qəzaya uğradı: 1 ölü, 25 yaralı

12.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Hamburq şəhərində şəhərlərarası sürət qatarı dəmir yolu keçidində yük avtomobili ilə toqquşub.

Axar.az xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində həlak olub, 25 nəfər xəsarət alıb. Xəsarət alanlardan altısının vəziyyəti nisbətən ağırdır.

Sərnişin qatarı toqquşmadan sonra yük avtomobilini özü ilə bir qədər sürükləyib. Yük maşınının sürücüsü son anda avtomobildən tullanaraq xilas ola bilib.

Hamburqdan Münhen istiqamətində hərəkət edən qatarda 291 sərnişin olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью