Hamdi Akının təyyarəsi QƏZAYA UĞRADI

14.09.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Səhər saatlarında Atatürk Hava Limanından havaya qalxan iş adamı Hamdi Akına məxsus "TC-AKF" qeydiyyat nömrəli özəl reaktiv təyyarə Liviyada eniş edərkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Misrata Beynəlxalq Hava Limanında özəl təyyarə enişi yerinə yetirərkən uçuş zolağından kənara sürüşüb. Baş vermiş qəza səbəbindən təyyarədə yanğın başladığı və hava limanında uçuşların tamamilə dayandırıldığı qeyd edilib.

Təyyarə heyəti və sərnişinləri göyərtəni vaxtında tərk etməyi bacarıb.

Qeyd edək ki, Hamdi Akın 2000-2002-ci illər arasında və daha sonra 2024-2025-ci illər dövründə "Fənərbağça" klubunda vitse-prezident olaraq fəaliyyət göstərmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью