Hames Rodriges Meksika klubuna keçib İdman və Biz

14.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hames Rodriges Meksikanın “Leon” klubuna keçib.

İdman.biz xəbər verir ki, Kolumbiya millisinin 33 yaşlı yarımmüdafiəçinin keçidini Şimali Amerika klubunun mətbuat xidməti açıqlayıb.

“Leon” anlaşmanın detallarını açıqlamayıb. Amma tərəflərin 1+1 illik müqavilə imzaladığı iddia olunur.

Kolumbiyalı mövsümə İspaniyanın “Rayo Valyekano" klubunda başlayıb. İspaniya klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən yarımmüdafiəçi yeni klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, Hames “Rayo Valyekano"da 6 oyun keçirib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью