Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2000-ci ildə Dünya gözəllik yarışmasının qalibi olan hind aktrisası Priyanka Çopra "Met Gala"da taxdığı boyunbağı ilə diqqətləri üzərinə çəkib.
Axşam.az xəbər verir ki, "Bvlgari" brendindən olan zinət əşyası 241.06 əyyarlıq zümrüdlə bəzədilib.
Boyunbağının qiyməti rəsmi olaraq açıqlanmayıb. Aktrisa görünüşünü zinət əşyasının sırğaları və üzüyü ilə tamamlayıb.
Priyanka tədbirə həyat yoldaşı, məşhur müğənni Nik Conasla qatılıb. Qeyd edək ki, cütlüyün bir qızı var.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.