Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədova, eləcə də Əməkdar artist Xəyyam Mustafazadə yeni layihə ilə bir araya gəliblər.
Axşam.az xəbər verir ki, sənətçilər məşhur “Süleymani havası” xalq mahnısını duet formatında təqdim ediblər. Şən və rəngarəng ab-havada ərsəyə gələn ifa üçün milli üslubda klip də çəkilib.
Ekran işi Azərbaycan milli koloritini və ənənəvi musiqi ruhunu özündə əks etdirib. Sözügedən klip artıq yutub platformasında yayımlanıb.