Hamı çayla içir, ancaq beyni dumanlandırırmış

09.02.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gündəlik qaçdı-qovdu içində çoxumuz yaddaşımızın zəifləməsindən, fikrimizi bir yerə cəmləyə bilməməkdən şikayət edirik. Adətən bunu iş çoxluğu və ya yorğunluqla əlaqələndiririk, amma əslində məsələnin kökü mətbəximizdən keçir. Son elmi araşdırmalar sübut edir ki, zehni iti saxlamağın yolu vitaminlərdən və düzgün yemək vərdişlərindən asılıdır.
Demokrat.az xəbər verir ki, qidalanma mütəxəssisi Zəhra Elbanın dediyinə görə, düşüncələrin dumanlanması və diqqətin tez-tez yayınması tibbdə "beyin sisi" adlanır. Bu, ayrıca bir xəstəlik olmasa da, bədənimizin bizə verdiyi vacib siqnaldır. Süfrəmizdəki qidalar beynimizin işləmə sürətinə birbaşa təsir edir.
Xüsusilə emal olunmuş, tərkibində həddindən artıq şəkər, duz və trans yağlar olan məhsullar beyin üçün ən böyük təhlükədir. Ağ un məmulatları və şirniyyatlar qan şəkərində ani sıçrayışlar yaradır, bu da beynin enerji balansını pozur. Nəticədə insan özünü halsız hiss edir, qərar verməkdə çətinlik çəkir. Üstəlik, hazır qidalardakı qatqı maddələri və nitratlar gələcəkdə demans riskini də xeyli artırır.
Beynimizin "yanacağı" sayılan bəzi maddələr var ki, onların əskikliyi dərhal özünü büruzə verir. Məsələn, B12, D vitamini, dəmir və omeqa-3 çatışmayanda yaddaş paslanmağa başlayır. Omeqa-3 yağ turşuları beyin hüceyrələrini sanki təmir edir, iltihabı azaldır və düşüncələrin daha aydın olmasına kömək edir.
Bundan başqa, tünd yaşıl yarpaqlı tərəvəzlər (məsələn, ispanaq), bənövşəyi meyvələr və zeytun yağı beyni hüceyrə səviyyəsində qoruyur. İspanağın tərkibindəki xüsusi maddələrin öyrənmə qabiliyyətini artırdığı artıq kliniki olaraq təsdiqlənib. Bir də su məsələsini unutmamalıyıq; bədən azca susuz qalan kimi beynin reaksiya sürəti dərhal aşağı düşür.
Bir sözlə, təbii qidalanmaq, vaxtında su içmək və vitamin balansını qorumaq təkcə bədənimiz üçün deyil, həm də ayıq və gümrah beyin üçün ən yaxşı investisiyadır.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью