Hamı intizamlı, səliqəli və vahid formada Video

13.10.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. 

“Qafqazinfo” xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbləri bu baxımdan nümunə ola bilər.

Təhsil müəssisəsində təsdiq olunmuş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə icazə verilmir. Görüntülərdən də aydın olur ki, şagirdlər arasında intizamlı, səliqəli və bərabər təhsil mühiti yaradılıb.

Həmin görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью