Icma.az, Yenisabah saytına istinadən bildirir.
Dünya Çempionatının G qrupunda az öncə başa çatan Misir-İran görüşündə mübahisəli epizod qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, matça əlavə olunmuş 3-cü dəqiqədə Suja Xəlilzadənin vurduğu qol hakimlər tərəfindən ofsayd epizodu olduğu üçün keçərsiz sayılıb. İran kollektivinin ciddi etirazına baxmayaraq, görüşün polyak baş hakimi Simon Marçinyak qərarından vaz keçməyib.
Nəticədə görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb və İran millisi pley-off ümidlərini növbəti 3 qrupun nəticələrinə saxlayıb. Sezar pizza
İran millisinin baş məşqçisi Əmir Qalenoyi Misir ilə matçdan sonra məyusluğunu gizlətməyib:
“Sadəcə bir epizoda imkan verdik, o da qolla nəticələndi. Biz isə 10 real qol imkanından yararlana bilmədik. Vurduğumuz qolun da 5 santimetr ofsayd olduğu deyildi. Yaşadığımız problemlərə baxmayaraq, futbolun ədaləti yerini tapmadı. Bəlkə də bu, Allahın bizi sınama üsuludur”.
Xatırladaq ki, qrup mərhələsinin 2-ci tur qarşılaşmasında Belçika ilə qarşılaşan farsların heyətində Mehdi Taremi fərqlənsə də, ofsayd səbəbindən qolu qeydə alınmamışdı. Hər iki epizodun mübahisəli olması mundialda İrana qarşı qərəzli qərarların verilməsi iddialarını gündəmə gətirib.