Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Muğla şəhərində universitet oxuyarkən kitabxanada tanış olan 27 yaşlı Gülbahar Aslan ilə 30 yaşlı Nigerli Fasial Yasine Batman şəhərində keçirilən mərasimlə nişanlanıblar.
Türkiyə mətbuatı xəbər verir ki, Nigerdən Türkiyəyə universitet oxumağa gələn Fasial 2019-cu ildə kitabxanada dərs oxuyarkən, eyni universitetdə Uşaqların Tərbiyəsi üzrə təhsil alan Batmanlı Gülbahar Aslan ilə tanış olub.
EVLİLİK QƏRARINI ALIBLAR Bir müddət dostluq edən cütlük evlənmə qərarı alıblar.
Qız istəmə mərasimində universitetdən bir müəllim Gülbaharı onun üçün atasından istəyib. Ardınca onlar üzük taxaraq nişanlanıblar.
Nişan mərasimində Nigerdən gələn Fasialin qardaşı və dostları da iştirak ediblər. Üzüklər taxıldıqdan sonra cütlük rəqs edib.
Mərasimdə Fasialin Nigerdəki ailəsi də telefonla görüntülü danışıb.
"UNİVERSİTƏDƏ QALMAQ İSTƏYİRƏM" Gülbahar ilə dostluqlarının zamanla irəlilədiyini qeyd edən Yasine "2014-cü ildə Nigerdən universitet oxumaq üçün Muğlaya gəldim.