Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin paytaxtı Pekində keçirilən Dünya Robot Konfransında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, sərgilənən robotlardan biri anidən idarəolunmaz vəziyyətə düşərək “qıcolmalar” keçirməyə başlayıb.
Robotun ard-arda kəskin və nizamsız hərəkətlər etməsi ətrafdakıların təəccübünə səbəb olub.
Mütəxəssislər dərhal müdaxilə edərək cihazı nəzarətə götürməyə çalışıblar.